Yaşar Gülər: Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək
19
iyn
2025
18:55
Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində müəyyən işlər görülür.
Bundan başqa, Y.Gülər Van şəhərinə səfəri barədə danışıb: "Hansısa təhdid olduğu üçün Vana getməmişdim. Sadəcə təhlükəsizlik tədbirləri ilə tanış olurdum".
İsrail-İran qarşıdurmasına gəldikdə isə nazir vurğulayıb ki, Türkiyədə sərhəd təhlükəsi yoxdur.
Oxşar xəbərlər
Fərid Şəfiyev BMTMM sədri təyin edilib - SƏRƏNCAM
Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə Prez...