Xorvatiyanın Baş naziri Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirib
Azərbaycan və Xorvatiya arasında enerji sahəsində əməkdaşlıq uğurla və dinamik şəkildə inkişaf edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında həm neft, həm də qaz sahəsində məhsuldar əməkdaşlıq qurulub.
"Bakıya səfərlərim zamanı - həm COP29 iqlim konfransı çərçivəsində, həm də ikitərəfli görüşlərdə enerji sahəsində əməkdaşlıq (müzakirələr) həmişə yüksək səviyyədə olub", - o vurğulayıb.
Baş nazir, qeyd edib ki, bu yaxınlarda Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırmır.
Oxşar xəbərlər
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?
İranın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub. İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Silahlı Qüv...