XİN: Gürcüstan Azərbaycanla dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir
28
may
2026
15:50
Gürcüstan Azərbaycanla möhkəm dostluğunu və strateji tərəfdaşlığını yüksək qiymətləndirir.
BAKU.WS report-a iastinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Müstəqillik Günü münasibətilə "X" sosial şəbəkəsində paylaşdığı mesajda deyilir.
"Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Gürcüstan ölkələrimiz arasındakı möhkəm dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük uğurlar arzulayırıq", - nazirlik yazıb.
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...