Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik
28
may
2026
20:43
Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu ifadələr Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) 28 May-Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında yer alıb.
"Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, eləcə də ölkəmizə humanitar yardımını yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizdə və bütün sahələrdə əməkdaşlığımızda davamlı müsbət impulsların olmasını səbirsizliklə gözləyirik", - deyə Ukrayna XİN-in məlumatında deyilir.
Oxşar xəbərlər
"Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib?
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadıqları Bəriabad (indiki Barepa...