Ukrayna ilə danışıqlar üçün Putin kimləri GÖNDƏRİR?
Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyənin ev sahibliyi ilə İstanbulda Ukrayna ilə keçiriləcək danışıqlarda Rusiyanı təmsil edəcək nümayəndə heyətini təsdiqləyib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, Rusiya heyətinə Prezidentin müşaviri Vladimir Medinskiy rəhbərlik edəcək.
Heyətdə həmçinin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin yer alır.
Mütəxəssislər siyahısında isə Baş Qərargahın İnformasiya İdarəsi rəisinin müavini Aleksandr Zorin, Dövlət Başçılığına bağlı Humanitar Dövlət Siyasəti İdarəsi rəisinin müavini Yevgeniya Podobreyevskaya, Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci İdarəsinin rəhbəri Aleksandr Poliçuk və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini Vladimir Şevtsov da yer alıb.
Oxşar xəbərlər
"Minval Politika": "Koçaryan Bakıya məlumat sızdırdı və 100-ə yaxın erməni əsgərini məhv etdi"
Ermənistanda seçkiqabağı cəhənnəm yaşanır. Əllərində avtomat silahlar olan maskalı şəxslər artıq Nikol Paşinyanı açıq şəkildə ölümlə hədələyirlər. BAKU.WS Oxu.A...