Türklərin gəlişindən sonra onlar dayandı: Nuru Paşanın Gəncədə qorunan qiymətli əmanəti

Türklərin gəlişindən sonra onlar dayandı: Nuru Paşanın Gəncədə qorunan qiymətli əmanəti
Video
Siyasət 62

"Türkiyədən gələn paşalar deyirdilər ki, bu bayrağı ver, aparıb muzeydə sərgiləyək. Mən də dedim ki, sizdə Türkiyənin bayraqları çoxdur, Azərbaycanda isə təkcə budur və atamdan yadigardır".

Bunu Baku TV-yə açıqlamasında Nuru Paşanın əmanətini - Qafqaz İslam Ordusunun döyüş bayrağını evində qoruyan 84 yaşlı Gəncə sakini Füzuli Hüseynov deyib.

"Gəncədə iş adamları, o cümlədən atam və babam ordunun təminatında iştirak edirdilər. Bakıya yola düşəndə onları dəvət edib minnətdarlığını bildirir. Atama deyir ki, sənə verəcəyim başqa bir hədiyyə yoxdur. İllər keçəcək, bu türk bayrağının ardınca mütləq gələcəklər", - deyə o əlavə edib.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər