Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
02
apr
2026
08:05
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.
BAKU.WS xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Türkiyənin Vitse-prezidenti bu gün Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək. Cevdet Yılmazın bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Oxşar xəbərlər
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara cavab verməyi bacarmalıdırlar
Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar və gələcəkdə diaspor hərəkatının fəal üzvlərinə çevrilməlidirlər...