Türkiyənin Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Türkiyənin Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında bildirilib.
"Azadlıq və müstəqillik hər bir millətin milli sərvətidir.
Azərbaycanın ümummilli lideri mərhum Heydər Əliyevi vəfatının 22-ci ildönümündə rəhmət və ehtiramla yad edirik.
Mərhum Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" sözlərini nəsildən-nəslə bir miras kimi ötürəcək, həmişə Azərbaycandakı türk qardaşlarımızla birlikdə olmağa davam edəcəyik", - paylaşımda qeyd olunub.
“Özgürlük ve bağımsızlık her milletin millî servetidir.” Haydar Aliyev
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 12, 2025
Can Azerbaycan’ın Millî Lideri merhum #HaydarAliyev’i vefatının 22’nci yılında rahmet ve saygıyla anıyoruz.
Merhum Aliyev’in “Biz bir millet, iki devletiz.” sözünü bir miras gibi nesilden nesile aktaracak,… pic.twitter.com/mpAFMmLBSv
Oxşar xəbərlər
Əli Əsədov Türkmənistanda Heydər Əliyevin xatirəsini yad edib
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycanın Türkmənistandakı Səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin bura...