Türkiyə MN-dən 31 Martla bağlı paylaşım: "Unutmadıq, unutdurmayacağıq"
31
mar
2026
11:11
Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi sosial media hesabında paylaşım edib.
BAKU.WS xəbər verir ki, Paylaşımda bildirilib ki, tarixə faciəvi hadisə kimi düşən bu günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Nazirlik qeyd edib ki, bu hadisələr unudulmayacaq və gələcək nəsillərə çatdırılacaq.
Həmçinin paylaşımda şəhidlərin ehtiramla yad edildiyi vurğulanıb.
Oxşar xəbərlər
Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azər...