"Türkiyə-Azərbaycan enerji əməkdaşlığı Suriya üçün həyati əhəmiyyət kəsb edir"

Türkiyə-Azərbaycan enerji əməkdaşlığı Suriya üçün həyati əhəmiyyət kəsb edir
Video
Siyasət 42

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Türkiyənin aparıcı xəbər agentlikləri, telekanalları və qəzetləri Azərbaycan qazının Türkiyənin cənubundakı Kilis vilayəti vasitəsilə Suriyaya nəqlinə başlanması mərasimini geniş işıqlandırıb.

Türkiyənin STAR qəzetində qeyd olunur ki, Hələb sakinlərinin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığı Suriya üçün həyati əhəmiyyət kəsb edir. Həmçinin reportajda vurğulanır ki, Azərbaycan qazının Suriyaya tədarükünün başlanması iqtisadiyyatın bir çox sektoru, o cümlədən istehsal üçün təkan olacaq və bu ölkədə gündəlik həyatı yaxşılaşdıracaq.

"TRT Global" nəşri xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb. Mənbə qeyd edir ki, bu barədə o, Sünikdə keçirilən görüş zamanı bildirib.

"Əgər Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - deyə mənbə Ermənistan prezidentinin açıqlamasını oxucuların diqqətinə çatdırıb.

Ətraflı süjetdə:

Son xəbərlər