Türk dünyasında əks-səda yaradan qurultayın müasir dövrdə önəmi
"Birinci Türkoloji Qurultayda qaldırılan məsələlərin bir çoxu bu gün də aktualdır. Buna görə də həmin qurultay ciddi şəkildə təhlil olunmalıdır".
Bunu Baku TV-də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında akademik, Əməkdar elm xadimi Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, Türk dünyasında Birinci Türkoloji Qurultay haqqında fikirlər müxtəlifdir:
"Bəziləri bu qurultayın Türk dünyasının arzu və istəklərini ifadə etdiyini deyirlər. Lakin elə ziyalılar da var ki, Birinci Türkoloji Qurultayı SSRİ-nin keçirdiyi bir tədbir hesab edirlər. Onların sözlərinə görə, qurultayın bütün nümayəndələri 30-cu illərdə repressiyaya məruz qalıblar. Əlbəttə, belə faktlar olub, amma bunlar bizə Birinci Türkoloji Qurultayın keçirdiyi 17 iclasda müzakirə olunan ciddi məsələləri - əlifba, terminologiya, ədəbi dil, dialektlər və s. görməzdən gəlməyə əsas vermir".
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib
Ermənistan Xarici İşlər Nazirliyində (XİN) baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə iclas keçirilib və 2025-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat t...