"TRT Avaz" telekanalı COP29-a hazırlıq barədə reportaj yayımlayıb
Türkiyənin "TRT Avaz" telekanalı noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı reportaj hazırlayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, videomaterialda qarşıdan gələn qlobal tədbirin əhəmiyyətindən bəhs edilir, ətraf mühitin mühafizəsi və ona hörmətlə yanaşılması ilə bağlı gənclərin məlumatlandırılmasının zəruriliyi qeyd olunur. Telekanal diqqətə çatdırır ki, Azərbaycanın müvafiq strukturlarının imkanlarını cəlb etməklə COP29-a hazırlıq işləri sürətlə davam edir.
Reportajda, həmçinin azərbaycanlı məktəblilərin, o cümlədən Bakıdakı "Anadolu" liseyinin şagirdlərinin həyata keçirdiyi ekoloji layihələrə diqqət yetirilir.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğanın sözlərinə görə, ekoloji təhsil proqramı çərçivəsində bütün sinif şagirdlərinə iqlim dəyişikliyi ilə mübarizə haqqında biliklərin aşılanması və çoxsaylı ekoloji layihə həyata keçirilir.
Təhsil müşaviri reportajda vurğulayıb: "Uşaqlar hidrogen yanacağı ilə işləyən avtomobilin, eləcə də peykin maketini yaradıblar. Liseyin öz kiçik radiostansiyası var ki, onun vasitəsilə minlərlə şagird tənəffüslər zamanı iqlim və qarşıdan gələn COP29 sessiyası haqqında ingilis dilində məlumatlar alır".
Oxşar xəbərlər
AZAL-ın təyyarəsi Rusiya silahı ilə necə vurdu? - XƏRİTƏ İLƏ İZAH
Baku.TV-nin aparıcısı Turan İbrahimov AZAL-ın təyyarəsinin Rusiya silahı ilə necə vurulduğunu xəritə ilə izah edib. BAKU.WS həmin şərhi təqdim edir: