Suriyadan 13 azərbaycanlı ölkəyə gətirilib

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 3 iyun 2025-ci il tarixində Suriya Ərəb Respublikasının getmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.
Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə bileti ilə təmin olunub.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.
Oxşar xəbərlər
Mikayıl Cabbarov çexiyalı iş adamları ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkədən olan iş adamları ilə dəyirmi masa formatında görüşüb...