"Super silah"lar, yoxsa "metal yığını": Ermənistan ordusunu nə gözləyir?
Böyük Britaniyanın müdafiə naziri Vernon Kokerin bir neçə gün öncə Ermənistana etdiyi səfər postmüharibə regionunda baş verən əhəmiyyətli hadisə kimi diqqət çəksə də, gözlənilməz olmayıb. Çünki bundan əvvəl - cari ilin avqustunda Krallığın İrəvana səfər edən dövlət naziri Stefen Douti Ermənistanla əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiləcəyinin mesajını vermişdi. Oktyabr ayında isə rəsmi London Ermənistan və Azərbaycana qarşı 30 ildir ki, davam edən silah embarqosunu ləğv etməklə hər iki tərəfə hərbi texnika və sursat sata biləcəyinin siqnalını vermişdi.
Vernon Kokerin İrəvana səfərinin məqsədi rəsmi açıqlamada Britaniyanın Ermənistanda ilk daimi ofisinin açılışında iştirak kimi göstərilib. Lakin bu açılışa məhz hərbi nazirin gəlməsi, şübhəsiz ki, Britaniyanın Ermənistanla hərbi əməkdaşlıq və ticarət maraqlarını daha sürətlə reallaşdırmaq istəyinin göstəricisidir.
Postmüharibə dövründə bəzi revanşist xəyallarla Fransa, Yunanıstan, İran və Hindistan kimi ölkələrdən silah tədarükünə girişən Ermənistanın eyni vaxtda Britaniya silahlarına da göz tikdiyi məlum faktdır. Lakin Londonun məlum embarqosu ilə bu xəyalı gerçəkləşdirə bilməyən İrəvanın hazırkı durumdan maksimal tezlikdə yararlanmaq istəyəcəyi də yəqin ki, təəccüblü görünməməlidir.
Bəs 2020-ci ilin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən hələ də özünə gələ bilməmiş erməni ordusu Britaniya müdafiə sənayesindən hansı silah sistemləri əldə edə bilər?
"Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Leyla Əliyeva Bakıdakı beynəlxalq konfransdan paylaşım etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Heydər Əliyev Mərkəzində keçiril...