Sülh naminə hökm və Ermənistan-Azərbaycan münaqişəsində nöqtə
"Bu həftə Bakı Hərbi Məhkəməsi Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində sülh və insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər və terrorçuluq ittihamları üzrə hökm çıxararaq onu 20 il müddətinə azadlıqdan məhrum edib. Bu hökm simvolik olaraq təxminən otuz ilə yaxın davam etmiş münaqişəyə nöqtə qoyan və cəzanın qaçılmazlığı prinsipini təsdiqləyən əlamətdar hadisə kimi qiymətləndirilir. Bundan əvvəl separatçıların sabiq rəhbərləri - Bako Saakyan, Arkadi Qukasyan, Arayik Arutyunyan, David Babayan və digərləri barəsində də oxşar hökmlər çıxarılıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Caliber"in süjetində məlumat verilib.
"Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində bu qərarlar xüsusi əhəmiyyət kəsb edir, ədalətin təmin olunması və qurbanların xatirəsinin yaşadılması prinsipini ön plana çıxarır. Beynəlxalq institutların selektiv yanaşdığı bir şəraitdə Azərbaycan açıq məhkəmə proseslərini özü həyata keçirərək hərbi cinayətlərə görə məsuliyyət prinsipinə sadiqliyini və onların siyasiləşdirilməsinin yolverilməzliyini bəyan edib.
Bu, qanunu və insan həyatını ikinci plana keçirməyə çalışanlara ünvanlanan güclü mesajdır: Azərbaycan ədalətin keşiyindədir və bu mövqe qəti və dəyişməzdir", - deyə "Caliber"in materialında bildirilib.
Oxşar xəbərlər
Vaşinqton təxribatı: Azərbaycana düşmən qüvvələrin xəstəliyi niyə residiv verib?
Tibb elmində hansısa xəstəliyin yenidən təkrarlanmasına, şiddətlənməsinə residiv deyirlər. Məsələn, diş ağrıları gecələr, allergiya, depressiya və ya şizofreni...