"Sputnik Azərbaycan"ın baş redaktoru azadlığa buraxıldıqdan sonra BAKINI TƏRK EDİB - Zaxarova AÇIQLADI
25
okt
2025
20:49
"Sputnik Azərbaycan"ın baş redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakını tərk edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Sputnik"in ikinci əməkdaşı Belousov da azadlığa buraxıldıqdan sonra Bakını tərk edib", - deyə o bildirib.
Xatırladaq ki, daha əvvəl Belousov Xətai Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılmışdı. Bir neçə gün əvvəl isə "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx da həbsdən azad edilərək Rusiyaya yola salınmışdı.
Oxşar xəbərlər
İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edi...