Şəmşad Ağaya anasının dəfnində iştirak etməyə icazə verildi
"Meydan TV" işi üzrə həbsdə olan "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağaya anasının dəfn və yas mərasimində iştirak etmək üçün icazə verilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı vəkil Fəxrəddin Mehdiyevin vəsatəti məhkəmə tərəfindən təmin edilib. O, Lerikin Şilvə kəndində keçiriləcək yas mərasimində 3 gün müddətində iştirak edə biləcək.
Qeyd edək ki, Ş.Ağanın anası dünən parkinson xəstəliyindən vəfat edib.
Ötən il oktyabrın 12-si onun qardaşı qızı 18 yaşlı Səma Ağayeva da xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.
Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.
Oxşar xəbərlər
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə və Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir. Bu gün saat 18:00-dan 21:00-dək...