Səfirlik: Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı danışıqlar aparılır
Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycanın Serbiyada Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Podqoritsada baş vermiş və Türkiyə vətəndaşlarının və bir nəfər Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlar ilə əlaqədar yayılan məlumatları diqqətlə izləyir:
"Səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə zəruri tədbirlər görür".
Diplomatik nümayəndəlik Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə edib.
Oxşar xəbərlər
TÜRKPA: ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana qarşı bir sıra iddiaları özündə əks etdirən...