Səfir: Bolqarıstan İranın Naxçıvana dron hücumunu qətiyyətlə pisləyir
Bolqarıstan İranın Naxçıvana dronlarla hücumunu qətiyyətlə pisləyir və Azərbaycanla tam həmrəyliyini ifadə edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda ölkənin Milli Azadlıq Günü münasibətilə keçirilən tədbirdə bildirib.
"Mən İranın Naxçıvan hava limanına və Şəkərabad kəndinə zərbələrini hiddətlə qarşılayıram. Yaralanan mülki şəxslərin ailələri üçün kədərlənirəm. Bolqarıstan bu hərəkətləri qətiyyətlə pisləyir və Azərbaycanla tam həmrəyliyini ifadə edir", - diplomat deyib.
Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb.
Oxşar xəbərlər
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Hə...