Samir Şərifova yeni vəzifə verilib
23
yan
2025
15:01
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri dəyişib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Şuranın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov olacaq.
İndiyə qədər bu vəzifədə Əli Əhmədov idi.
Oxşar xəbərlər
Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir
Bakı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə beynəlxalq təmaslar çərçivəsində dialoq meydançası, əlaqə kanalı və ya humanitar təşəbbüslərin iştirakçısı o...