Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək
Siyasət 36

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

İkitərəfli əlaqələri dəyərləndirən nazir nəqliyyat və logistika sahəsində, o cümlədən tranzit daşımalar üzrə əməkdaşlığın genişlənməsini də müsbət qiymətləndirib:

"2025-ci ildə tranzit daşımaların həcmi əvvəlki illə müqayisədə artıb. 2026-cı ildən etibarən Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşların başlanması isə iqtisadi, turizm və humanitar əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək".

O, Azərbaycan-Serbiya əməkdaşlığının inkişafında Hökumətlərarası Birgə Komissiyanın mühüm rol oynadığını da vurğulayıb. Bildirilib ki, 2025-ci ilin oktyabrında Belqradda keçirilmiş Komissiyanın 9-cu iclası ikitərəfli münasibətlər baxımından əhəmiyyətli olub və iclasın yekunlarına dair imzalanmış protokol ticarət və investisiyalar, energetika və sənaye, nəqliyyat-logistika, eləcə də biznes dairələri arasında təmaslar kimi konkret istiqamətləri əhatə edib.

Son xəbərlər