Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında iştirak etmək üçün Qazaxıstanda səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-də Qazaxıstanın Astana şəhərinə işgüzar səfərə gəlib.
BAKU.WS xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Albert Rau, Məclisin Beynəlxalq, təhlükəsizlik və müdafiə məsələləri üzrə katibi Aydos Sarım, Məclisin Qanunvericilik və məhkəmə-hüquq islahatları katibi Məhərrəm Məhərrəmov, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin spikeri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarovanın TÜRKPA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri və Qazaxıstanın dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi
Baku TV-nin "Aktual Gündəm" verilişində millət vəkili Hikmət Babaoğlu İranın Azərbaycanla münasibətlərindəki siyasətinə münasibət bildirib. "Biz hər zaman İranı...