Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
04
may
2025
11:13
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Azərbaycan Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsndən bildirilib.
Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.
Oxşar xəbərlər
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Ermənistanın indiki Şirak vilayətində yerləşən, tarixi mənbələrdə Güllübulaq adı ilə tanınan kəndlə bağlı araşdırma hazırlanıb. Kənddə azərbaycanlılara məxsus q...