Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu MƏLUM OLDU
Rusiyanın Yekaterinburq vilayətində qətlə yetirilən azərbaycanlı qardaşların meyitlərinin daxili müayinələri zamanı dərinin iç səthində çöldən küt alətin təsiri ilə geniş qan sızmalar olduğu müəyyən edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov meyitlərin ekspertiza rəyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, müayinə zamanı qabırğaların ikitərəfli yerdəyişmiş sınıqları da müəyyən olunub:
"Sınıqların yerdəyişməsi nəticəsində uclar vasitəsilə ağciyərlər zədələnib. Ağciyərin sınıq uclar vasitəsilə cırılması hadisəsi baş verib. Qabırğalar arasında qansızmalar mövcud olduğu da diqqətə çatdırılıb. Bununla yanaşı, diafraqmada geniş qansızmalar var idi".
Ə.Həsənov qeyd edib ki, ekspertiza nəticəsində qətlə yetirilən qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulub.
Oxşar xəbərlər
Şuşa Qlobal Media Forumu və Azərbaycanın artan qlobal nüfuzu
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq gücünün və media diplomatiyasının əsas platform...