Rusiya nümayəndələri Ukrayna ilə danışıqlar üçün Türkiyəyə yola düşüb
01
iyn
2025
17:43
Rusiyanın nümayəndə heyəti bazar günü günortadan sonra Ukrayna ilə danışıqlarda iştirak etmək üçün təyyarə ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.
"Report"un xəbərinə görə, bu barədə "İnterfaks" danışıqların hazırlanması ilə tanış olan mənbəyə istinadən xəbər verir.
"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü günortadan sonra təyyarə ilə İstanbula uçub", - agentliyin müsahibi bildirib.
O, qeyd edib ki, Rusiya nümayəndə heyəti iyunun 2-də səhər danışıqlara başlamağa hazır olacaq.
Oxşar xəbərlər
Zəngilanın azad edilməsindən 6 il ötür
Bu gün Zəngilanın azad edilməsindən altı il ötür. BAKU.WS xatırladır ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa m...