Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY

Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY
Video
Siyasət 10

"Əgər Gümrüdəki hərbi baza Ermənistana lazım deyilsə, biz günü sabah gələ bilərik. Amma Ermənistan buna hazırdırmı?".

BAKU.WS Baku TV-yə istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin bu açıqlamasına Ermənistanın baş naziri Nikol Paşinyan "Rusiya Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasını çıxarmaq istəsə, etiraz etməyəcəyik" deyə cavab verib.

Bəs həqiqətən Moskva bazanı çıxarmağa qərar verərsə, Ermənistanda Rusiyanın yerini kim tutacaq?

Politoloq Əziz Əlibəylinin fikrincə, tərəflərin açıqlamalarında əsas məqsəd qarşı tərəfə siyasi mesaj verməkdir.

Onun sözlərinə görə, Rusiya Ermənistan üzərində iqtisadi və siyasi təsir imkanlarını hələ də qoruyur.

"İndilik bu, söz oyununa bənzəyir. Rusiya Ermənistanı faktiki olaraq yoxlamaqdadır. Rusiya Ermənistan üçün nəzərdə tutulmuş iqtisadi paketləri tam ləğv etsə, qrantın suyunu kəssə, o cümlədən Azərbaycan və Gürcüstan vasitəsilə ticarət zəncirini qırsa, bu, Ermənistanda hansı iqtisadi effekt doğuracaq?", - deyə Əziz Əlibəyli bildirib.

Son xəbərlər