Rəsmi Bakıdan xarici mediaya Qarabağ xəbərdarlığı
Rəsmi Yerevan 2 aprel tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin təxribatçı və təhrikçi əməlləri ilə cəbhədə yaranan gərginlik, təmas xətti boyunca sıx yaşayan Azərbaycan əhalisinin artilleriya və digər ağır silahlardan atəşə tutulması və nəticədə mülki insanlar arasında ölüm və yaralanma hallarına görə daşıdığı siyasi-hüquqi məsuliyyətdən diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə işğal olunmuş Azərbaycan ərazilərinə xarici media nümayəndələrinin səfərlərini təşkil etməyə cəhd edir.
XİN mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, xarici medianın qoşunların təmas xəttində yaranmış gərginliyə marağını və peşəkar fəaliyyətini həyata keçirmək zərurətini anlayaraq, aşağıdakı qaydalara əməl edilməli olduğunu bildiririk:
- Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində jurnalist fəaliyyətini həyata keçirmək niyyətində olan xarici media nümayəndələri əvvəlcədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Müraciətlər XİN-in internet saytı vasitəsilə elektron akkreditasiya formasında göndərilə bilər.
- Obyektivliyi və tarazlığı təmin etmək, birtərəfli yanaşmaya yol verməmək və beynəlxalq ictimaiyyəti düzgün məlumatlandırmaq üçün Ermənistan silahlı qüvvələrinin əməlləri nəticəsində qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinə və obyektlərə dəymiş zərər də işıqlandırılmalıdır.
- Xarici mediaya Ermənistan tərəfinin beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiya, yalan və təxribat xarakterli məlumatlarına, tərtib etdiyi qurama səhnələrə və yaydığı materialların səhihliyinə diqqətlə yanaşmağı tövsiyə edirik.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan XİN-i cəbhədəki gərginliklə bağlı açıqlama yaydı
Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, aprelin 2-nə gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan S...