"Rossotrudniçestvo" Bakıda "Rus evi" ilə bağlı müsbət nəticə gözləyir

Daha çox "Rossotrudniçestvo" kimi tanınan Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Yevgeni Primakov Bakıda Rus Evi ilə bağlı vəziyyətdən müsbət nəticə gözlədiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Tass məlumat yayıb.
O, bəyan edib ki, Rusiya və Azərbaycanın səfirlikləri və xarici işlər nazirlikləri öz işlərini, o cümlədən Bakıdakı Rus Evinin hüquqi statusu ilə bağlı məsələnin həllini davam etdirirlər.
"Bu, peşəkar hüquqşünaslar və xarici siyasətlə məşğul olan insanlar üçün fəaliyyətdir. Bu, bizim təcrübəmizdən kənardır", - Primakov əlavə edib.
Qeyd edək ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə "Rus evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.

Oxşar xəbərlər
Leyla Əliyeva Naxçıvana səfərindən görüntülər paylaşdı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib. O, "Instagram" sosial şəbəkəsində səfərdən görüntülər paylaşıb. Həmin görüntüləri tə...