Rossbax: WUF13-də rekord sayda - 57 min iştirakçı qeydə alınıb
"Bakıda 176 ölkədən 57 min iştirakçını, o cümlədən onlayn qoşulan 3000-dən çox insanı bir araya gətirərək rekord sayda iştirak təmin etdiniz və güclü, vahid bir mesaj verdiniz".
BAKU.WS xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində çıxışı zamanı deyib.
Rossbax, həmçinin beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu həftə BMT strukturları, hökumətlər, yerli idarəetmə orqanları, 130-dan çox mer, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin bir araya gəlməsi mühüm nəticə ortaya qoyub: "Əsas həqiqət ondan ibarətdir ki, mənzil yalnız iqtisadi artım məsələsi deyil, mənzil insan hüququdur".
Oxşar xəbərlər
Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir
Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin 30 illiyi tamamlanır. Bu müddət ərzində qarşılıqlı münasibətlərdə müəyyən dalğalanmaların yaşanmasına bax...