"Report"un Avropada yeni bürosu açılıb
22
may
2025
10:16
"Report" İnformasiya Agentliyinin Avropada yeni bürosu fəaliyyətə başlayıb.
Büro Belçikanın paytaxtı Brüsseldə yerləşir. Yeni büroya rəhbər "Report" agentliyinin baş redaktorunun müavini Kəmalə Mustafayeva təyin edilib.
Bu "Report"un 8-ci xarici bürosudur.
Xatırladaq ki, "Report"un ABŞ-də, Fransada, Türkiyədə, Ukraynada, Rusiyada, Gürcüstanda, Qazaxıstanda büroları fəaliyyət göstərir.
"Report İnformasiya Agentliyi" 2014-cü ildən fəaliyyət göstərir. "Global Media Group" holdinqin tərkibinə daxildir.
Oxşar xəbərlər
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsill...