Qusarda İŞİD bayrağı ilə gəzən və polis tərəfindən məhv edilən şəxsin FOTOLARI

Qusarda polisə silahlı müqavimət göstərən şəxs məhv edilib.
BAKU.WS xəbər verir ki, Lent.az məhv edilən şəxsin fotosunu əldə edib.
Qeyd edək ki, törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətovu polis əməkdaşları zərərsizləşdirib.
Radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.
Alnında İŞİD bayrağı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. A.Şıxmətov sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.
Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.
Sözügedən şəxsin fotosunu təqdim edirik:


***10.30
Qusarda məhv edilən silahlı ilə bağlı yeni faktlar məlum olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.
Alnında İŞİD-in rəmzi olan sarğı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı Şıxmətov silahlı müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.
Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.
Oxşar xəbərlər
Maskın davam edən şousu - müxalif partiya yaratmaq cəhdi - ŞƏRH
ABŞ Prezidenti Donald Trampın özünün yaxın adamı, dünyanın ən varlı insanı İlon Maskı altı ay sonra Ağ Evdən uzaqlaşdırmasından sonra milyarderin yeni partiya y...
