Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəlib
07
okt
2025
10:17
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 7-də Azərbaycana səfərə gəlib.
BAKU.WS xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
Qalereya
Oxşar xəbərlər
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində baş tutan "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iqlim ambisiyası ilə icra vasitələri arasındakı böyüyə...