Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi
03
iyn
2026
23:36
Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Baş Assambleyadakı səsvermədə ölkə Təhlükəsizlik Şurasındakı yer uğrunda Filippinlə mübarizə aparıb.
2027-ci il yanvarın 1-dən etibarən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da qeyri-daimi üzv qismində Təhlükəsizlik Şurasına daxil olacaqlar.
Bu ölkələr qurumda səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.
Oxşar xəbərlər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən Xudafərin körpüsünün erməni işğalçılarından azad edilməsi...