Qərbi Azərbaycan Xronikası: Yunan jurnalistinin İrəvan qeydlərində Azərbaycan gerçəyi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Yunan jurnalistinin İrəvan qeydlərində Azərbaycan gerçəyi" adlı veriliş hazırlanıb.
BAKU.WS xəbər verir ki, verilişdə İslam peyğəmbərini ağır təhqir edən erməni Sevan Nişanyanın arvadı olan İra Tsuru adlı yunan jurnalistin azərbaycanlıların mədəni irsinin yeganə nümunəsi olan qədim İrəvanın Təpəbaşı məhəlləsi ilə bağlı etiraflarına və türkə olan nifrətindən söz açılır.
Bildirilir ki, Təpəbaşının sahibinin azərbaycanlılar olduğunu yazan yunan jurnalistin İrəvan qeydlərində Azərbaycan gerçəyi yer alır: "İrəvan yüz il əvvəl erməni şəhərinə çevrilib. Şəhər azərbaycanlıların olub və sonradan erməni ailələri buralarda yerləşdirilib".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək
Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiril...