Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsinin irqi ayrı-seçkiliyə əsaslanan bəyanatını qınayıb
Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsinin Qafqaz Müsəlmanları İdarəsinin İrəvan Qazılığının bərpa edilməsi barədə qərarı ilə bağlı 23 may 2025-ci ildə yaydığı bəyanatı qınayır.
BAKU.WS xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
"Sözügedən bəyanatında azərbaycanlılara qarşı irqi nifrət aşılayan və inkarçı mövqe sərgiləyən Erməni Apostol Kilsəsi humanizm dəyərlərindən uzaq, siyasiləşmiş bir qurum olduğunu və əsl məqsədinin xalqlar arasında nifaqı dərinləşdirmək olduğunu bir daha sübut edir.
Erməni Apostol Kilsəsinin xalqlar arasında harmoniya, dinlərarası dialoq və sülhə töhfə vermək əvəzinə nifrət aşılaması, Qərbi azərbaycanlıların qayıdışına, onların dini etidaq azadlıqlarına, dini və mədəni irsinin bərpasına qarşı çıxması ciddi narahatlıq doğurur", - bəyanatda vurğulanır.
Qərbi Azərbaycan İcması dünya ictimaiyyətinə müraciət edərək, Erməni Apostol Kiləsinin irqi ayrı-seçkiliyə əsaslanan siyasiləşmiş addımlarını pisləməyə çağırır.
Oxşar xəbərlər
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində baş tutan "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iqlim ambisiyası ilə icra vasitələri arasındakı böyüyə...