Qazaxıstanın Xalq yazıçısı: "Birinci Türkoloji Qurultaya qatılanların çoxu sonradan məhv edildi"
"Birinci Türkoloji Qurultaya qatılan iştirakçıların çoxunu sonradan aradan götürdülər".
Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymanov deyib.
"İosif Stalin epoxasının xarakteri belə idi. Həmin Qurultaydan sonra tək-tük adam sağ qaldı. Vasili Radlov da onlardan biri idi. O, həmin dövrə qədər mövcud olan xalqlarımızın qədim oğuz dilində danışdıqlarını iddia etmişdi", - deyə O.Süleymanov əlavə edib.
O, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində türk alimlərindən gözləntilərini dilə gətirib: "Arzum budur ki, alimlərimiz türkologiya sahəsində indiyə qədər elmi cəhətdən təsbit olunmamış fikir, kəşf və mülahizələr irəli sürsünlər".
Oxşar xəbərlər
Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə "Uşaqların rifahına investisiya" Ümumdünya Sammiti çərçivəsində keçirilən "Sağalmaqdan həyat k...