"Qal, sənə qurban" mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb
Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus "Qal, sənə qurban" mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan "Qal, sənə qurban" mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub. Həmçinin o, mahnını "YouTube"da yunan dilində "Hara gedir" adı altında yayıb.
"Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın "YouTube" platformasında yaydığı mahnı silinib", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla başa çatması bütün Asiya boyu regional dialoqun, qar...