Putin İran barədə Corc Buşa nələr deyib?
"Ötən ilin sonlarında Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Arxivi informasiya azadlığı haqqında qanuna müvafiq olaraq, 2001-2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Corc Buş arasında keçirilmiş görüşlərin və telefon danışıqlarının stenoqramları üzərindən məxfilik qrifini götürüb və onları ictimaiyyətin ixtiyarına verib. Bu sənədlər həmin dövrdə ABŞ-Rusiya münasibətlərinin durumunu və beynəlxalq gündəmin əsas mövzularına iki ölkə liderlərinin yanaşmasını əks etdirməklə yanaşı, İran ətrafında vəziyyətlə bağlı tərəflərin fikirlərini də ehtiva edir".
Bu barədə "Azad İran" "YouTube" kanalının yayımladığı videosüjetdə deyilir.
"Həmin sənədlər Rusiya prezidentinin İrana və onun rəhbərliyinə baxışının bir sıra yeni məqamlarını ortaya qoyur. Bu baxımdan üç sənəd xüsusi maraq doğurur. Bunlardan birincisi, ABŞ və Rusiya prezidentlərinin 2001-ci il iyunun 16-da Sloveniyada keçirilmiş qapalı görüşünün stenoqramıdır. Bir saat 40 dəqiqə davam etmiş həmin görüşdə o vaxtlar Corc Buşun milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutan Kondoliza Rays və Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo da iştirak ediblər.
Xatırladaq ki, həmin il İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqların artmağa başladığı dövr idi. Söhbət zamanı Corc Buş da İranla bağlı bu narahatlığı dilə gətirib və İrana qarşı "indiyədək etdiklərindən daha artığını etmək imkanı olmadığını" bildirib. Putin isə bunun cavabında birbaşa deyib: "Şübhə yoxdur ki, onlar (yəni iranlılar) nüvə silahına yiyələnmək istəyirlər". Rusiya prezidenti daha sonra əlavə edib: "Bizim mütəxəssislərlə görüşlərdə İran ekspertləri həssas mövzular barədə çoxlu suallar verirlər. Mən bizimkilərə tapşırmışam ki, onlara belə şeylər barədə məlumat verməsinlər", - deyə materialda bildirilir.
Oxşar xəbərlər
İran və Ermənistan rəsmiləri "Tramp marşrutu"nu müzakirə ediblər
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iranlı həmkarı Məcid Taxt-Ravançi siyasi məsləhətləşmələr aparıblar. BAKU.WS "Azad İran" "Telegram" ka...