Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib

Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib
Siyasət 21

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirmək ideyasından imtina etdiyini bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Paşinyanın sözlərinə görə, müvafiq qanun artıq qəbul edilib. Bununla belə, o, İrəvanın Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.

"Biz Rusiya Federasiyası ilə münasibətlərimizin daha da dərinləşdirilməsində maraqlıyıq", - Paşinyan bildirib.

Görüş zamanı Putin Paşinyanın qanunun qəbul edilməsinin Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə bəyanat demək olmadığı barədə iddiası ilə razılaşmayıb.

"Əsas məsələ ilə bağlı sizinlə razılaşmıram. Siz dediniz ki, çıxmaq barədə bəyanat verməmisiniz. Başqa iqtisadi təşkilata daxil olmaq prosedurunun başlanması haqqında qanunun qəbul edilməsi faktiki olaraq bizim təşkilatdan çıxmaq deməkdir", - Rusiya Prezidenti deyib.

Buna cavab olaraq Paşinyan bildirib ki, qanunun qəbul edilməsi, əksinə, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirmək ideyasından imtinası demək idi.

"Qanunu qəbul etməklə biz referendum ideyasından imtina etdik, çünki bu məsələ xalq qarşısında ifadə oluna biləcək səviyyəyə qədər yetişməyib, belə ki, Ermənistanın real alternativi yoxdur", - Baş nazir deyib.

Son xəbərlər