Paşinyan: "İrəvan və Bakı sülh sazişinin 15 maddəsini razılaşdırıb, 2 məsələ həll olunmayıb"
"İrəvan və Bakı sülh sazişinin 15 maddəsini razılaşdırıb, lakin iki məsələ həll olunmayıb. Bu iki maddədən biri sərhədboyu üçüncü ölkələrin qoşunlarının yerləşdirilməsi, digəri isə beynəlxalq məhkəmələrdəki mübahisələrlə bağlıdır. Qalan 15 maddə razılaşdırılıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən brifinqdə baş nazir Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, İrəvan dəmir yolu əlaqələrinin bərpası ilə bağlı Bakıya təkliflər göndərib ki, bu təkliflər həm erməni, həm də azərbaycan xalqları üçün məqbuldur.
"Biz uzun illər danışıqlar aparmışıq. Mən əminəm ki, bizim təklifimiz Ermənistan və Azərbaycan xalqları üçün yüz faiz məqbuldur", - deyə o qeyd edib və əlavə edib ki, erməni tərəfinin təklifləri Azərbaycanın əsas hissəsindən Naxçıvana yük daşınması prosesini sadələşdirir.
Oxşar xəbərlər
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində baş tutan "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iqlim ambisiyası ilə icra vasitələri arasındakı böyüyə...