Paşinyan Azərbaycana təşəkkür edib

Paşinyan Azərbaycana təşəkkür edib
Siyasət 50

Ermənistanın Baş naziri Nikol Paşinyan yük tranzitinin bərpası qərarına görə Azərbaycana təşəkkürünü bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Paşinyan bu barədə Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında bəyanatla çıxış edib.

N. Paşinyan vurğulayıb ki, bu qərar regionun bütün ölkələri üçün yeni imkanlar açır və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi əlaqələrin güclənməsinə töhfə verir.

Paşinyan həmçinin Azərbaycanla münasibətlərdə ticarətin inkişafını, logistik proseslərin təkmilləşməsini və regional iqtisadi dayanıqlılığın möhkəmlənməsini təmin edəcək gələcək konstruktiv dəyişikliklərin vacibliyini qeyd edib. O, iqtisadi prosesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması məqsədilə rəqəmsallaşma və tənzimləmə prosedurlarının sadələşdirilməsi üzərində işləməyin zəruriliyini bildirib.

Bundan əlavə, Ermənistanın Baş naziri xarici ticarətin şaxələndirilməsinə və Aİİ-nin dünya arenasında mövqelərinin güclənməsinə xidmət edən İran, BƏƏ, Çin və Hindistan kimi əsas tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib.

Son xəbərlər