Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
Ermənistan "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsini alqışlayır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "X" sosial şəbəkəsində yazıb.
"Mən "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıram. Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - o vurğulayıb.
Qeyd edək ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta "X" sosial şəbəkəsindəki səhifəsində 2026-cı ildə "Avropa Siyasi Birliyi"nin sammitinin Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bildirib.
Oxşar xəbərlər
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Pakistanın diaspor və insan resurslarının inkişafı üzrə naziri Çauduriy Salik Hussainqa və Nigeriyanın D...