Parlament beynəlxalq sənədi ratifikasiya etdi
10
iyl
2026
11:21
Milli Məclis "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyanı ratifikasiya edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü növbədənkənar sessiyasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra layihə səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Qeyd edək ki, konvensiya 2004-cü il fevralın 13-də Londonda imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏ...