Ömər Abdullah Karagözoğlu: "Rəqəmsal transformasiya xalqlar arasında körpü olmalıdır"
"Rəqəmsal transformasiya maneə deyil, xalqlar arasında körpü olmalıdır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin prezidenti Ömər Abdullah Karagözoğlu Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında keçirilən panel müzakirəsi zamanı deyib.
Türkiyə rəsmisi qeyd edib ki, rəqəmsal imkanlardan geniş şəkildə yararlanmağın əsasında əlçatanlıq, bağlantının mənalı istifadəsi, etimad, bacarıqlar və yerli rəqəmsal məzmunun yaradılması dayanır.
Onun sözlərinə görə, bütün bu amillər fərdlərin, bizneslərin və dövlət qurumlarının rəqəmsal mühitdə gücləndirilməsinə xidmət edir:
"Türkiyə hesab edir ki, rəqəmsal transformasiya qlobal miqyasda xalqlar arasında maneə yox, körpü rolunu oynamalıdır. Biz regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsini, potensialın artırılmasını və dayanıqlı rəqəmsal ekosistemlərin formalaşdırılmasını fəal şəkildə dəstəkləyirik".
O, inklüziv və münasib qiymətli rəqəmsal bağlantının inkişaf və bərabərlik üçün vacib olduğunu qeyd edib.
Oxşar xəbərlər
Elçin Əmirbəyov Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf ilə görüş...