Niderland səfiri Azərbaycan Prezidentinin köməkçisi ilə ikitərəfli münasibətləri müzakirə edib
Niderlandın Azərbaycandakı səfiri Marian De Yonq (Marianne-de Jong) Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşərək ikitərəfli əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb.
BAKU.WS xəbər verir ki, bu barədə Səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə regional proseslər və Avropa İttifaqı ilə siyasi və iqtisadi əməkdaşlıq, həmçinin Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi perspektivləri müzakirə olunub.
Today, Ambassador @MDEJONGinBAK, met with @HikmetHajiyev, Assistant to the President of Azerbaijan.
— Netherlands in Azerbaijan (@NLinAzerbaijan) November 26, 2025
Meeting touched on regional developments and political & economic cooperation with EU, while also exploring prospects for further strengthening bilateral relations between 🇦🇿🤝🇳🇱. pic.twitter.com/wkzt0kStFZ
Oxşar xəbərlər
Prezident və xanımı Davos Forumunda iştirak etmək üçün İsveçrəyə səfərə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrəyə səfərə gəlib. BAKU.WS xəbər veri...