Nazir: Türkiyə COP31-də Azərbaycanın COP təcrübəsindən istifadə edəcək
Türkiyə COP31-də Azərbaycanın COP təcrübəsindən istifadə edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, COP29-da alınan qərarlar və müzakirələr Türkiyə üçün yol xəritəsi çəkib:
"Azərbaycanın təcrübəsindən faydalanmaq bizim işimizi asanlaşdıracaq. Biz istəyirik ki, COP31-dəki qərarlar sözlərdə qalmasın, hər bir qərar həyata keçirilsin. Dünyada baş verən müəyyən iqlim dəyişmələrinə müsbət təsirimiz olsun".
Oxşar xəbərlər
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Azərbaycan Ordusunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə silsilə tədbirlər keçirilib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, tə...