NATO Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib
NATO Kevin Hamiltonun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Alyansın yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Hamilton hər iki strateji regionda NATO-nun siyasətinin həyata keçirilməsinə və tərəfdaşlıq əlaqələrinin inkişafına cavabdeh olacaq.
Bununla yanaşı, Kevin Hamilton NATO Baş katibinin Siyasi məsələlər və təhlükəsizlik siyasəti bölməsində tərəfdaşlıq məsələləri üzrə köməkçisinin müavini vəzifəsini də icra edəcək.
Xatırladaq ki, Hamilton 2023–2026-cı illərdə Kanadanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərib və iqamətgahı Ankarada yerləşib. O, bundan əvvəl 2016–2020-ci illərdə Rumıniya, Bolqarıstan və Moldova Respublikasında səfir vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azər...