Müdafiə Nazirliyi və "Azərsilah" memorandum imzalayıb
"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə koordinasiyalı fəaliyyətlərin təşkili məqsədi daşıyır", məlumatda deyilir.
Oxşar xəbərlər
Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə
Ermənistanda keçirilən parlament seçkisində Nikol Paşinyanın böyük üstünlüklə qalib gəlməsindən sonra ölkə daxilində yeni siyasi gərginliklər yaşanır. Azərbayca...