Milli Qəhrəman Hökumə Əliyevanın qardaşından duyğulandıran sözlər
15
may
2026
23:10
Coşqun Nəsibli həm vətəndaşlara xidmət edən nümunəvi əməkdaş, həm də qəhrəman ailəsinin üzvü kimi diqqət çəkir.
O, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın qardaşıdır və ailəsinin qəhrəmanlıq tarixini yaşatmaqda mühüm rol oynayır.
Coşqun Nəsibli Baku TV-yə bildirib ki, Kəlbəcər şəhərinə ilk köçənlərdəndir:
"İlk açar atama təqdim olunub. Özüm Kəlbəcərdə yerləşən DOST xidmət məntəqəsində çalışıram. Bu mənim üçün böyük qürurdur. Sakinlərin dostu olmaq, onlara bir pəncərədən xidmət göstərmək və işimizi yüksək peşəkarlıqla yerinə yetirmək çox böyük fəxr hissidir".
Oxşar xəbərlər
Zəngilanın azad edilməsindən 6 il ötür
Bu gün Zəngilanın azad edilməsindən altı il ötür. BAKU.WS xatırladır ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa m...