Millət vəkili: "Səlcuqlardan əvvəl də bu ərazilərdə türklər olub"
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Azərbaycan ərazisinin qədim etnik tarixi və oğuzların bu torpaqlara gəlişi ilə bağlı səslənən iddialar geniş müzakirə olunub.
Millət vəkili Hikmət Babaoğlu çıxışı zamanı bildirib ki, Azərbaycan ərazisi səlcuqlardan və oğuzlardan əvvəl də türk yurdu olub:
"Saklar, skiflər, peçeneqlər, xəzərlər yaşayıblar. Xəzərlər imperiyası Azərbaycanın şimalında mövcud olub. Oğuz, əslində, addır, millət deyil. Oğuz xanın qurduğu imperiyanın sakinlərinə oğuzlar deyiblər".
Siyasi şərhçi Kamran Həsənli isə bu fikirlərə etiraz edərək fərqli mövqe ortaya qoyub:
"Oğuzlar gələndə burada türk dövləti yox idi. Faktlardan danışmaq lazımdır. Oğuzlar XI əsrdə gəliblər".
O həmçinin Qafqaz Albaniyası dövrünə və Cavanşir sülaləsinə toxunaraq bildirib:
"Cavanşirin oğlunun adı Vartandır, atasının adı Qriqordur. Bəzən deyirlər niyə adı Cavanşirdir? Cavan da, şir də fars sözüdür, bu, farsların ona qoyduğu təxəllüs idi. Mehranilər sülaləsinin türklərə heç bir aidiyyəti yoxdur, erməniləşmiş fars mənşəli sülalədir".
Kamran Həsənli əlavə edib ki, Şirvanşahlar da etnik baxımdan türk mənşəli olmayıblar:
"Şirvanşahlar isə farslaşmış ərəblərdir".
Oxşar xəbərlər
Bakıda WUF13-ə hazırlıq: Şəhərlərin inkişafında yeni yanaşmalar - CANLI
"Artan urbanizasiya şəhərlərin iqtisadi imkanlarını artırmaqla yanaşı həm də ekoloji çağırışların yaranmasına səbəb olur". BAKU.WS Oxu.az-a istinadən xəbər veri...